Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyindən Azərbaycana növbəti ərməğan - VİDEO

19 Oktyabr 2020 16:45    612 Baxış   
Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyindən Azərbaycana növbəti ərməğan -  VİDEO

Qardaş Türkiyə can Azərbaycanın haqlı davasında mənəvi dəstəyini davam etdirir. Bu dəstəyi hər gün, hər saat Türkiyənin həm rəsmi dövlət qurumlarından, onların rəhbərlərindən, həm də sıravi Türkiyə vətəndaşlarından görürük, eşidirik. Belə dövlət qurumlarından biri də Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyidir.

Dominant.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycanın 18 oktyabr Milli Müstəqillik Gününə də özəl olaraq hədiyyə hazırlanıb.

Belə ki, sözləri Əhməd Cavada, musiqisi Emin Sabitoğluna məxsus "Can Azərbaycan" mahnısı Azərbaycanın xalq artisti Azərinin ifasında, Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi orketrinin müşayəti ilə səsləndirilib və əsərə klip çəkilib.

Xalq artisti Azərin belə dəyərli və tarixi layihənin ərsəyə gəlməsinə görə Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyinə, Armoni Mızıkası Komutanlığı Türk Armoni Yıldızlar Orkestrinə, TGRT rəhbərliyinə təşəkkür edib.


Dominant.az sözügedən layihəni təqdim edir:






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar