Türkiyə səfirliyində "Dünya Səhər Yeməyi Günü" tədbiri - FOTOLAR

06 İyun 2021 16:59    1191 Baxış   
Türkiyə səfirliyində "Dünya Səhər Yeməyi Günü" tədbiri -  FOTOLAR

Türkiyənin Bakıdakı səfirliyində "Dünya Səhər Yeməyi Günü" ilə bağlı tədbir keçirilib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının ev sahibliyi ilə keçirilən tədbirə sənətçi Azərin və səfirlik əməkdaşları qatılıb.


Koronavirus pandemiyası səbəbi ilə məhdud şəkildə təşkil edilən tədbirdə ənənəvi məşhur “Van səhər yeməyi” hazırlanıb.


Səfir Cahit Bağcı qonaqlara Vanın səhər yeməyi mədəniyyəti ilə bağlı məlumat verib.


Van Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə 1 iyun 2014-cü il tarixində Van şəhərində təşkil edilən səhər yeməyi tədbirində 51793 nəfər iştirak edib və bu tədbir ən böyük iştirakçısı olan səhər yeməyi tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olub.


Türkiyənin tanıdılmasına böyük töhfə verən Van səhər yeməyi mədəniyyəti xarici təmsilçiliklərdə digər xarici nümayəndəliklərin iştirakı ilə qeyd olunur.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar