"Türkiyədə prezident seçkilərinin nəticələri xalqın Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etdi" - RƏY

15 May 2023 19:37    4173 Baxış   
"Türkiyədə prezident seçkilərinin nəticələri xalqın Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etdi" - RƏY

"Türkiyədə prezident seçkilərinin nəticələri xalqın öz liderinə, Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etdi".

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Qardaş Türkiyə Cümhuriyyəti ikinci yüz ilinə də siyasi baxımdan uğurla qədəm qoydu. Martın 14-də keçirilən prezident və parlament seçkiləri istər demokratikliyi, istərsə də seçici fəallığı baxımından dünyanın siyasi tarixinə yazıldı”, - deputat bildirib.

O, qeyd edib ki, ümumilikdə Türkiyə dövləti və xalqı bu seçkidə yüksək demokratiya nümunəsi sərgilədi.


Deputat əlavə edib ki, bu seçki həm də xalqın Rəcəb Tayyib Ərdoğan və hakim komandaya yüksək etimadı ilə yadda qalacaq:

“Parlament seçkilərinin nəticələrinə görə, "Cümhur İttifaqı" yeni parlamentdə ən çox mandata malik olacaq. Eyni zamanda, prezident seçkilərinin nəticələri də xalqın öz liderinə, Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etdi. Baxmayaraq ki, mayın 28-də ikinci tur keçiriləcək, ancaq bəzi sorğu mərkəzlərinin seçkilərdən öncə ortaya atdığı ehtimalların əksinə olaraq Ərdoğan yenidən xalqın yüksək etimadını qazandı. Bu, onu deməyə əsas verir ki, bu dəstək nəticəsində ikinci tur Ərdoğanın parlaq qələbəsi ilə nəticələnəcək”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar