Türkiyəli ozandan Azərbaycana dəstək: "Bu canı Qarabağa fəda etdim" - VİDEO

14 Oktyabr 2020 20:21    557 Baxış   
Türkiyəli ozandan Azərbaycana dəstək:  "Bu canı Qarabağa fəda etdim" - VİDEO

Məşhur türk ozanı, öz təbiri ilə desək, Türküstan ozanı, musiqişünas Kaya Kuzucu da Azərbaycana - Qarabağa, cəbhədə döyüşən Azərbaycan Ordusuna dəstək verib.

Dominant.az xəbər verir ki, K.Kuzucu canını Qarabağa fəda etməyə hazır olduğunu bildirib:


"Can qardaşlarım, cəbhədəki soydaşlarımız, qardaşlarımız, qəzanız mübarək olsun. Bizlər Türkiyədə hər zaman bütün varlığımızla - maddi və mənəvi olaraq yanınızdayıq. Ozanımız deyir ki,


Kafkaslarda kavqa başlar, kan olur

Ötükən dağları toz duman olur

Eninde-gecinde koç kurban olur,

Ben bu canı Türklüyə adadım anne.


Biz də deyirik:


Kafkaslarda kavqa başlar, kan olur,

Qarabağ dağları toz-duman olur,

Enində-gecində koç qurban olur,

Bu canı Azərbaycana adadım anne,

Bu canı Qarabağa adadım anne".






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar