Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

23:53    26 Baxış   
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Dominant.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Qaz İxrac" İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 24-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun "Vulkan", "Baksol", "1 May" yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A.Zeynallı, M.S.Ordubadi, M.Füzuli və Y.İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar