“Vətənpərvərlik tərbiyəsi haqqında” qanunun hazırlanmasına başlandı

08 Sentyabr 2021 16:50    893 Baxış   
“Vətənpərvərlik tərbiyəsi haqqında” qanunun hazırlanmasına başlandı

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyasında onlayn formatda birinci iclası keçirilib.

Dominant.az xəbər verir ki, iclasda çıxış edən komitə sədri Bəxtiyar Əliyev “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı qanunvericilikdə addımlar atılması barədə verdiyi tövsiyəyə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb.

Qeyd olunub ki, həmin tövsiyəyə uyğun olaraq Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb.

B.Əliyev hazırlanan qanun layihəsinin ümumi konseptual istiqamətləri və komitənin qarşıdakı payız sessiyası üçün iş planında nəzərdə tutulan digər məsələlər barədə fikirlərini bildirib.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar