Xalq artistinin nəvəsi beynəlxaq müsabiqəyə qatılıb - Səs verək, qalib edək

19 Yanvar 2021 17:49    1628 Baxış   
Xalq artistinin nəvəsi beynəlxaq müsabiqəyə qatılıb -  Səs verək, qalib edək

Dünya şöhrətli skripkaçı, Azərbaycanın xalq artisti Sərvər Qəniyevin nəvəsi, gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev “VI Jascha Heifetz” Beynəlxalq Skripka Müsabiqəsinə qatılıb.

Dominant.az xəbər verir ki, Elvin Qəniyev müsabiqəyə qoşulmuş 49 ölkədən olan iştirakçılar arasında ilk dəfə Türk-İslam coğrafiyasını, Türk dünyasını təmsil edir.

Təkbaşına yarışmaya qatılan E.Qəniyev hazırda onu sevənlərin, sənətinə pərəstiş edənlərin dəstəyi nəticəsində yarışma iştirakçıları arasında birinci yerdədir. Yarışmada Türk dünyasını təmsil edən Elvin Qəniyevi Türk dünyası sona qədər dəstəkləyərsə, o, yarışmadan qalib kimi ayrılacaq. Bununla da həm Aərbaycanın, həm də Türkiyənin adını daha bir möhtəşəm musiqi festivalında ucaltmış olacaq.

Yarışma bu gün Türkiyə vaxtı ilə saat 17.48-də, Azərbaycan saatı ilə isə 18.48-də yayımlanacaq. Səs vermək üçün verilişin başlamasını gözləməyə ehtiyac yoxdur, səsverməyə artıq start verilib. 20 yanvar, saat 19:00-a qədər səs vermək mümkün olacaq.

Səs vermək üçün yarışmanın veb saytında tamaşaçı səslərinin göndərilməsi üçün ayrıca bölmə yaradılıb. Bunun üçün səsvermə səhifəsinə keçid edin: https://heifetz.lt/en/b/contest/public_voting_first_round. Elvinin şəklinin solundakı dairəni və "Mən robot deyiləm" düyməsini tıklayın, verilən sualı cavablandırdıqdan sonra "Səs göndər" düyməsini tıklayıb səsinizi göndərin.

Türk dünyası adına, musiqimizin və sənətimizin dünyada bir daha qalib olması üçün Elvinə dəstəyinizi gözləyirik.



Qeyd edək ki, Elvin Qəniyev 1997-ci il noyabrın 25-də Ankarada musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın xalq artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin skripkada beş yaşından ifa etməyə başlayıb. O, Bilkənt Universiteti nəzdindəki musiqi məktəbini bitirib. 2006-cı ildə Moskvada keçirilən “Klassik irs” beynəlxalq müsabiqəsində və 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birinci yeri tutub, habelə türk bəstəkarının əsərinin ən yaxşı ifasına görə xüsusi mükafat qazanıb.

2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.

Elvin Qəniyev Polşada gənc skripkaçıların K.Lipinski və Q.Venyavski adına XI beynəlxalq müsabiqəsinin (2009), İspaniyada “Madrid gecələri” II beynəlxalq müsabiqə-festivalın, İsveçrədə gənc musiqiçilərin P.Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D.Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatıdır. 2010-cu ildə Roma Papası onu ordenlə təltif edib.



Virtuoz skripkaçı Elvin Qəniyev Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar