“Xarıbülbül” festivalında təsirli anlar - VİDEO

13 May 2021 16:22    817 Baxış   
“Xarıbülbül” festivalında təsirli anlar -  VİDEO

Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı çərçivəsində keçirilən qala-konsertdə təsirli anlar yaşanıb.

Dominant.az xəbər verir ki, konsert zamanı ekranlarda əvvəlcə ümummilli lider Heydər Əliyevin vaxtilə Şuşa ilə bağlı səsləndirdiyi fikirlər yer alıb.

Daha sonra isə Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətindən bir hissə yayımlanıb:

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük qələbədir. Bu gün şəhdlərimizin, Ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, Biz qayıtmışıq! Əziz Şuşa biz Səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Görüntülər festival iştirakçıları arasında böyük coşğu ilə qarşılanıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar