“YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara xərclənib

08 Dekabr 2021 12:35    1215 Baxış   
“YAŞAT” Fondu hesabat verdi -  1 ildə toplanan vəsait hara xərclənib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür. Bununla əlaqədar Bakı Konqres Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

Dominant.az xəbər verir ki, tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun bir illik fəaliyyəti üzə müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatların əks olunduğu təqdimatla çıxış edib.

Diqqətə çatdırılıb ki, bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Belə ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

Xərclənən vəsaitdən:

- Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 32 477 789.50 AZN

- Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 AZN

- İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 AZN

- Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 11 128 461.65 AZN

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

https://yashat.gov.az/report/tableau


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar