YÖK-ün II Virtual Sərgisi keçiriləcək

15 İyul 2021 18:51    1148 Baxış   
YÖK-ün II Virtual Sərgisi keçiriləcək

YÖK-ün II Virtual Sərgisi 27-29 iyul 2021-ci il tarixləri arasında saat 08:00-dan 20:00-a kimi (GMT+3) www.virtualfair-yok.gov.tr ünvanında təşkil olunacaq.

Dominant.az xəbər verir ki, Türkiyədə təhsil imkanlarının təqdimatının keçiriləcəyi sərgidə 200-dən çox Türkiyə universiteti təmsil olunacaq. Sərgi müddətində Türkiyədə təhsil almaq istəyən tələbələr universitetlərin nümayəndələri ilə “onlayn” şəraitdə görüşmək fürsəti əldə edəcək, bundan başqa ödənişsiz akademik məsləhət xidmətlərindən faydalana biləcəklər.

Tələbələr eyni zamanda təqaüd, yataqxana və dil tədrisi imkanları haqqında da məlumat ala biləcəklər.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar