1 milyon 800 min manat saxta pensiya alan kim olub? - Nazirlikdən AÇIQLAMA

20 Dekabr 2021 11:37    11192 Baxış   
1 milyon 800 min manat saxta pensiya alan kim olub? -  Nazirlikdən AÇIQLAMA

"Elə vətəndaş olub ki, 14 il ərzində saxta yolla 1 milyon 800 min manat pensiya alıb".

Dominant.az xəbər verir ki, bu fikirləri ötən həftə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media rəhbərləri ilə görüşdə açıqlamışdı.

Nazirin sözlərinə görə, həmin fakt üzrə aparılan araşdırmaların nəticəsində o şəxsin saxta əlilliyi ləğv olunub.

Sosial şəbəkələrdə 14 il ərzində 1 milyon 800 min manat alan vətəndaşın kimliyi və hansı sahədə çalışması geniş müzakirələrə səbəb olub.

Bu müzakirələrə qoşulan istisadçılar hesablama apararaq deyiblər ki, ümimilikdə 1 milyon 800 min manat pensiya alan vətəndaşla bağlı fakt düzdürsə, onda ona hər ay 10 min 714 manat pensiya verilib.

Belə məbləğdə pensiyanın yüksək vəzifəli dövlət məmuru olmuş şəxsə təyin edilə biləcəyi ehtimalı da irəli sürülüb.

Bəs bu adam kim olub, o, hansı sahədə çalışıb, saxta pensiyanı hansı müddətdə alıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq həmin şəxsin kimliyini açıqlaya bilməyəcəklərini qeyd edib.

Onun sözlərinə görə, fərdi məlumatlar haqqında qanuna əsasən şəxsin kimliyi qorunur:

“Bu nazirin çıxışında nümunələrdən biri idi. Çox təəssüf edirəm mətbuat və sosial şəbəkə yalnız nümunələrdən birinin üzərində dayanır”-deyə, o sonda bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar