Azərbaycan və Britaniya təhsil fəaliyyət planı imzaladı

21 May 2021 19:00    302 Baxış   
Azərbaycan və Britaniya təhsil fəaliyyət planı  imzaladı

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planı imzalanıb.

Dominant.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter səhifəsində yazıb.

Sənədi Azərbaycan Təhsil Nazirliyi və Britaniya Konsulluğunun nümayəndələri imzalayıblar.

“Təhsil sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planının imzalanması Azərbaycanda keyfiyyətli təhsilin təmin olunmasına dəstək vermək üçün daha çox Böyük Britaniya təcrübəsini gətirəcək”, - səfir tvitində deyib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar