Azərbaycanda 6 məktəbə yeni direktor təyin olunub

08 Oktyabr 2021 12:59    399 Baxış   
Azərbaycanda 6 məktəbə yeni direktor  təyin olunub

Azərbaycanda 6 məktəbə yeni direktor təyin edilib.

Təhsil Nazirliyindən dominant.az-a verilən məlumata görə, oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib. Bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunub.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.

İndiyədək keçirilən müsahibələrdə 29 namizəd iştirak edib, onlardan 6-sı uğur qazanıb.

Qeyd edək ki, namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar