Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

06 Dekabr 2021 17:36    554 Baxış   
Azərbaycanda koronavirusa yoluxanların sayı  açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan dominant.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Ümumilikdə indiyədək ölkədə 596973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565521 nəfər müalicə olunaraq sağalıb, 7983 nəfər vəfat edib, aktiv xəstə sayı 23469 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5608158 test aparılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar