Azərbaycanda COVID-19 pasportu ləğv edilir? - AÇIQLAMA

22 Aprelel 2022 16:02    2150 Baxış   
Azərbaycanda COVID-19 pasportu ləğv edilir? -   AÇIQLAMA

Avropanın bir çox ölkələrində vaksin pasportları ləğv edilib. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması geniş müzakirə olunur.

Ölkədə COVID-19 pasportu ilə bağlı tələbin nə vaxt aradan qaldırılacağı ilə bağlı professor Adil Qeybulla Baku.ws-ə açıqlama verib.

O bildirib ki, vaksin pasportlarının ləğv edilməsi yox, bu sənədlərin tələb edilməsi qaydaları aradan qaldırılmalıdır:

“Avropada da insanların şəxsi vaksin pasportları qalır və orada onların məlumatları öz əksini tapıb. Buna görə ölkəmizdə bu pasportların ləğv edilməsi də doğru olmazdı. Fikrimcə, pasportların tələb edilməsi qaydası ləğv edilməlidir.

İndidən bu tələbin nə vaxt ləğv ediləcəyi ilə bağlı tarix vermək çətindir. Hər halda Nazirlər Kabineti yanında Operativ Qərargah Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alır. Qalan qadağaların ləğvi sadəcə zaman məsələsidir.

Azərbaycan kollektiv immunitetə çatdığından digər qadağaları götürə bilərik. Xüsusi sürprizlər olmazsa, pandemiya bu il sona çatacaq”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar