Beş yaşlı Günel Sultalıyeva B-hüceyrə kəskin lenfoblastik (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.
Bu barədə onun atası Murad Sultalıyev məlumat verib.
O bildirib ki, qızı beş aydır bu xəstəliklə mübarizə aparır:
“Hazırda qızım Talassemiya Mərkəzində müalicə alır. Müalicə dövlət tərəfindən aparılsa da, gündəlik xərclər və dərmanları almaqdan maddi olaraq tükənmişik. İmkanlı şəxslərdən xahiş edirik ki, bizə kömək etsinlər”.
Əlaqə nömrəsi: 055 787 87 76 (atası Murad Sultalıyev)