Operativ Qərargah məlumat yaydı - FOTO

20 İyun 2022 16:40    1314 Baxış   
Operativ Qərargah məlumat yaydı  -   FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 165 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 134 nəfərdir.

Ölkədə son sutka ərzində 1 490, hazırkı dövrədək isə 6 940 145 test aparılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar