Vitaminlər - Niyə, nə qədər və nə vaxt?

04 Sentyabr 2022 16:57    1780 Baxış   
Vitaminlər -  Niyə, nə qədər və nə vaxt?

Uşaqlıqda ən çox sevdiyimiz söz “ye, xeyirdir (vitamindir) ” olub. Nəyə lazımdır bu vitaminlər?

Bədənimizdəki 99,9% proseslərin yardımçısı, ko-faktoru, səbəbkarı vitaminlərdir. Onlar “ot i do” bütün proseslərdə rol oynayır. Maddələr mübadiləsi, həzm, əsəb, immmunitet, qan, sümük, əzələ, tük, dırnaq. Hər şey!

Vitamin qəbul etməsək ölərik.

Vitamin (latınca-həyat) anlayışını ilk dəfə polşalı alim Kazimir Funk elmə gətirib və onları əlifbanın hərfləri ilə adlandırmağı təklif edib. Elə də olub.

Hamınız baxmısız, A1 yox, B1 yox, C 1 yox, D1 də dünən qurtardı. Qurtaranda nə olur?

Vitaminsiz qalan bədəndə dişlər və saçlar tökülər, xroniki xəstəliklər başlayar, insanlar yorğun, əsəbi, qıcıq olur. Vitaminin dozası aşılanda isə səbəbsiz baş ağrıyar, mədə pozular, ürək bulanar və s

Vitaminlər yağda və suda həll olunan və olunmayan olmaqla iki yerə bölünür. İnsan, demək olar ki, vitamin sintez etmir, mütləq kənardan gəlməlidir. Yəni ya yeməliyik, ya Vitamin D kimi havadan almalıyıq, ya da dərman şəklində qəbul etməliyik. Yeməklə çox yaxşıdır və vacibdir. Amma indi yemək o qədər geni dəyişmiş və keyfiyyətsizdir ki, gözləntimizi qarşılamır. Demək, vitamini dərman formasında almalıyır.

Bura qədər hamınız hər şeyi bilirdiz. Bu gün sizə niyə yediyimiz qidadan, aldığımız dərmandan, xüsusilə vitamin komplekslərindən yararlana bilmirik haqqında danışacam.

Qışda nə etmək lazımdır? Bəli, vitamin C qəbul etmək? Niyə? Çünki immumiteti qaldırır və ya zədələnmiş hüceyrələrin bərpasında çox aktiv rol oynayır. Hətta iddialara görə, 3 qr Vitamin C inyeksiyası anticanser təsiri göstərir.

Vitamin C nədə var? Sitruslarda və ən çox uzaq şərq meyvələrində. Məsələn, sitrus bitkisi olan portağal. 1 kq portağalda ortalama 60 mq vitamin C var. Məsələn, kividə 2 dəfə çoxdur. Mangoda 2,5 dəfə.

Beynəlxalq klassifikasiyaya görə (RDA) gündəlik doza 90 mg olmaldır. Yəni məntiqlə günə bir portağal bəs eləməlidir. Amma bəs eləyirmi? Siz gündə bir portağal yeyib heç xəstələnməyən gördünüzmü? Yox. Görməmisiz? Niyə?

Çünki bir portağalın tərkibindəki 60 mg vitamin C-nin ağızdan qana kimi yoluna baxaq. Portağal mədəyə düşür orada parçalanır və bağırsağa keçir. Bu sorulma anında 60 mq-dan cəmisi 36-40 mg qalır. Sonra qalan Vitamin C qaraciyərə gəlir. Orda da metabolizmaya uğrayır və bu dəfə təxminən 30% qana sorulur. Yəni 12 mg. Yəni faktiki qəbul elədiyimizdən 20%. Maraqlıdır ki, 200 mg sintetik vitamin C-nin hamısı sorulur, 1000 mg vitamin C-nin də cəmisi 200 mg sorula bilir. Amma gəlin görək qalan 20% vitamin C dən nə qədəri hüceyrəyə keçir? Təxminlərə görə, bizə lazım olan dozanı almaq üçün 2 kq, yəni 8 ədəd portağal lazımdır. Bu sadəcə təxmindir.

Mən heç deyirəm. Sıfır %. Bilirsiz niyə?

Birinci səbəb.

Hər şey mədə pH , yəni turşuluğundan və vitamin C ilə nə aldığımızdan asılıdır. Məsələn, vitamin C və Vitamin B12 antaqonistlərdir və bir-birinə sorulma üçün imkan vermirlər. B12 nədə var? Ən çox yediyimiz ət və toyuq. Yəni ətin və toyuğun yanında limon, portağal, kivi, manqo, çiyələk yeməzlər və qoymazlar.

B12 çox vitaminə düşmən vitamindir və antaqonistləri N qədərdir. A, B1, B6, Mis, Dəmir B12 tərəfindən məhv edilir. Xalq nə deyir? Ət qocaldır. Bəli. Ətçilər, bunun əsl səbəbini öyrənmiş olduz. B12 ilə zəngin ət bir çox vacib vitaminləri sorulmağa qoymur.

Digər belə element dəmirdir. Ya da dəmirlə zəngin məhsul, məsələn, alma. Almayla dəniz məhsulları (Sink ), pendir, şor, heç bir ağartı məhsulu və yumurta( Kalsium), ət və toyuq yeməzlər. Ya da yeməkdən azı 2 saat sonra yeyərlər. Az! Az! Az! Az yeməkdən 2 saat sonra az alma.

Əczaçılıq şirkətləri nə edir? Yığır bir tabletə 13 vitamin 6 mineralı deyir bu multikompleksdir. Bəh! Nə gözəl. Al iç. 55 manata İngiltərə istehsalı. Ya da Amerikanski Çentrum. Əladır! Di yaxşı alın için. Əvəzində nə alırıq? Heç nə. Kanalizasiya.

Bu misalların hamısnı yazsam, səhərə qədər bitməz.

Nəticə:

Düzgün qidalanacağıq. Az yeyəcəyik. Az yeyib, hər şeyi qatmayacağıq. Ən tez meyvə qəbulu yeməkdən 2 saat sonra olacaq. İdeal meyvə qəbulu gündə bir dəfə gündüz və axşam yeməkləri arasındadır. İldə bir dəfə tam vitamin çek apı edəcəyik və ancaq lazım olan vitaminləri alıb qəbul edəcəyik.

Muşfiq Hüseynov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar