15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihədə nəzərdə tutulmuş dördüncü təlim Sumqayıt Gənclər evində keçirilib.
Təlimdə 15 gənc sağlam həyat tərzinin qaydaları ilə bağlı məlumatlandırılıb.
Əvvəlcə layihənin rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq, layihənin məqsədi və donoru haqda məlumat verib. Sonra təlimdə iştirak edən psixoloq Günay Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stressin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər psixoloji vacib məqamlar haqqında geniş çıxış edib.
Psixoloqun çıxışı gənclər tərəfindən xüsusi maraqla qarşılanıb və təlim qarşılıqlı sual-cavab formasında davam edib.
Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərlə bağlı geniş məlumat verib.
Gənclərin marağı və aktivliyi bu kimi tədbirlərin həyata keçirməsinə ehtiyac olduğunu təkrar sübut edib.
Tədbirdə çay, kofe və nahar yeməyi verilməsi daha isti və səmimi mühit yaradıb.
Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub, günün sonunda iştirakçılara paylanması üçün bukletlər təqdim edilib.
Qeyd edək ki, layihə dövründə Healtway qrupunun dəstəyi və iştirakçıların köməyi ilə özündə sağlam həyat tərzinin qaydalarını əks etdirən ümumilikdə 1500 buklet paylanılıb.
Layihədə Bakı və Sumqayıt şəhərlərində keçirilmiş 4 tədbirdə ümumi 60 gəncin maarifləndirilib.
Bu qədər gəncin və bukletlər vasitəsi ilə məlumatlanmış digər şəxslərin adından Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinə dərin təşəkkürümüzü bildiririk.