Vərəmin məhv etdiyi ailələr: Kənan xəstələrlə ugur hekayəsini bölüşdü - FOTO

17 Noyabr 2022 15:07    753 Baxış   
Vərəmin məhv etdiyi ailələr: Kənan xəstələrlə ugur hekayəsini bölüşdü -  FOTO

Noyabrın 14-16-da “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Cəmiyyətin həssas qrupu olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə tədbir keçirib.

Dominant.az xəbər verir ki, tədbir ABŞ və Avropa ölkələrinin uğurlu təcrübəsindən örnək götürülərək, həssas qrup nümayəndələri üçün danışıq klubu formatında təşkil edilib.

Tədbir əvvəllər vərəm xəstəsi olub sağalmış, bu ağır xəstəlik nəticəsində ailə üzvlərini itirmiş Kənan Bayramovun moderatorluğu ilə başlayıb. O, layihənin məqsədinə uyğun olaraq xəstələr qarşısında motivasiya yönlü çıxış edib, öz uğurlu müalicə hekayəsini bölüşüb, onlarda müalicənin müsbət nəticələnə biləcəyinə, xəstəlikdən tamamilə qurtula biləcəklərinə inam yaradıb. Tədbirin sonunda vərəmdən müalicə alan xəstələrə təmizlik vasitələrindən ibarət sosial paketlər paylanılıb.

Qeyd edək ki, “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi bundan öncə eyni tədbiri oktyabrda 9 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasında vərəmdən müalicə alan xəstələr üçün təşkil edib. Ümumilikdə, layihə çərçivəsində vərəm xəstələrinin psixoloji və sosial reabilitasiyasına yönəlmiş bu tədbirlərdən 60 nəfər vərəm xəstəsi yararlanıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar