BƏƏ-də meymunçiçəyinə beş yeni yoluxma aşkarlanıb

07 İyun 2022 21:41    847 Baxış   
BƏƏ-də meymunçiçəyinə beş yeni yoluxma aşkarlanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə və Profilaktika Nazirliyi meymunçiçəyinə beş yeni yoluxma hadisəsi qeydə alıb.

Bu barədə BƏƏ xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət xəstəxanalarında müalicə alan iki xəstə tam sağalıb.

Mayın 24-də BƏƏ virus haqqında məlumat verən ilk ərəb dövləti olub. Mayın 29-da BƏƏ Səhiyyə Nazirliyi daha üç, iyunun 1-də isə daha dörd yeni yoluxma halı qeydə alıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar