Azərbaycanın 7 ali məktəbi ən yaxşı universitetlər reytinqində... - ADLAR

15 Dekabr 2021 15:35    428 Baxış   
Azərbaycanın 7 ali məktəbi ən yaxşı universitetlər reytinqində... -  ADLAR

Böyük Britaniyanın "QS World University Rankings" nəşri Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələri arasında 2022-ci il üzrə ən yaxşı universitetlərin reytinq sıralamasını açıqlayıb.


Modern.az xəbər verir ki, sıralamada 7 Azərbaycan universiteti də yer alıb.


450 universitet arasında Azərbaycandan Xəzər Universiteti, ardınca Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də yer alır.


Reytinq müəllimlərin təcrübəsi, xarici tələbələrin nisbəti, həmçinin işəgötürənlər arasında nüfuz və akademik nüfuz nəzərə alınmaqla tərtib olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar