Azərbaycanla Türkiyə arasında daha bir protokol imzalandı

21 May 2021 15:57    503 Baxış   
Azərbaycanla Türkiyə arasında daha bir protokol  imzalandı

Təhsil naziri Emin Əmrullayev Türkiyədə Maarif Fondunun rəhbəri Birol Akgünlə görüşüb.

Dominant.az xəbər verir ki, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Maarif Fondunun rəsmiləri iştirak edib.

Görüş zamanı Təhsil Nazirliyi ilə Maarif Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.

Protokol iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və təşviqini nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə Maarif Fondunun tərkibinə 67 ölkədə fəaliyyət göstər 357 tədris müəssisəsi və 1 universitet daxildir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar