AzTU-da kadr dəyişikliyi aparılıb

24 Sentyabr 2021 17:43    291 Baxış   
AzTU-da kadr dəyişikliyi aparılıb


Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.

Belə ki, AzTU-nun Karyera mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib. Onun yerinə Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova təyin olunub.

Digər dəyişikliyə əsasən, Tədris hissəsinin müdiri Qəmər İsayeva Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar