AzTU ilə “Atena” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

03 İyun 2021 20:59    538 Baxış   
 AzTU ilə “Atena” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) və “Atena” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləni rektor Vilayət Vəliyev və şirkətin qanuni təmsilçisi Ceyhun Bəxtiyarlı imzalayıb. İmzalanan sənədə əsasən, tərəflər müştərək layihələrin icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, gənc kadrların fərdi inkişafı, motivasiya xarakterli tədbirlərin təşkili, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanmasına kömək məqsədi ilə əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində AzTU tələbələrinin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunası təmin olunacaq. Tərəflər arasında birgə elmi-nəzəri və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar