AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

25 Noyabr 2020 17:41    406 Baxış   
 AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Emre İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu universitetin rektoru, professor Vilayət Vəliyev və institutun sədri, professor Şeref Ateş imzalayıb.

İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfrliyinin təhsil müşaviri Nihat Büyükbaş, Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç və hər iki tərəfin məsul şəxsləri iştirak edib. Bildirilib ki, iki qardaş ölkə arasında imzalanan bu protokol təhsilin inkişafına xidmət edəcək. Protokolda iki ölkənin təhsil sahəsində mövcud potensialından istifadə edilərək ciddi nəticələr ortaya qoyulacaq.

Protokola əsasən, tərəflər institusional imkanların təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar