AzTU “Microsoft Azerbaijan” şirkəti ilə əməkdaşlığa başlayır

14 Sentyabr 2020 19:35    629 Baxış   
AzTU “Microsoft Azerbaijan” şirkəti ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzi ilə “Microsoft Azerbaijan” şirkəti arasında onlayn görüş keçirilib.

İlk olaraq "Microsoft Azerbaijan"ın baş meneceri Qaçay Mirzəyev şirkətin informasiya texnologiyaları ilə bağlı fəaliyyətinin tanıtımını edib. O, şirkətin 7 təlim kursu haqqında ətraflı məlumat verib.

Bildirilib ki, şirkət 20- dən çox ixtisas üzrə ölkənin qabaqcıl ali təhsil müəssisələri, həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edir.

Yaxın günlərdə AzTU ilə əməkdaşlıq əlaqələrinin qurulması, gənc müəllim və tələbələrin beynəlxalq təlim kurslarına cəlb olunması nəzərdə tutulub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar