Bakıda moped oğruları tutuldu

17:49    18 Baxış   
Bakıda moped oğruları tutuldu

Qaradağ rayonu ərazisində evlərdən birinin qarşısından 2 ədəd mopedin oğurlanması barədə polisə məlumat daxil olub.

Dominant.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov və H.Baxşıyev müəyyən olunaraq saxlanılıblar.

Keçirilən digər tədbir zamanı isə Sabunçu rayonu ərazisində həyətlərdən birindən su nasosları oğurlamaqda şübhəli bilinən 25 yaşlı L.Miraşiçenko da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar