İyunun 14-ü, saat 23 radələrində iki nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dominant.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yaralılara döş qəfəsinin və sağ bazunun açıq yarası, pnevmotoraks, aşağı ətrafların dəqiqləşdirilməmiş sınığı diaqnozu təyin olunub.
"Vəziyyəti ağır qiymətləndirilən 1975-ci il təvəllüdlü pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Göstərilən reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, iyunun 15-i, saat 01:20-də 1979-cu il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.