İmişlidə ticarət obyekti yandı

14:55    16 Baxış   
İmişlidə ticarət obyekti yandı


İmişlidə ticarət obyektlərində yanğın baş verib.

Dominant.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Rayon mərkəzindəki ticarət obyektlərindən birində qeydə alınan yanğının sonradan bir neçə obyektə keçdiyi bildirilir.

Hazırda əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub.

***
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən obyektdə baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar