Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

14:21    17 Baxış   
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dominant.Az xəbər verir ki, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. 

Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub.

TƏBİB-dən bildirilib ki, 22 iyun saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən çağırış daxil olub

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 1992-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Mənbə: APA


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar