"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Nikol Paşinyan

20 Yanvar 2021 14:58    6825 Baxış   
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" -  Nikol Paşinyan
Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Dominant.az xəbər verir ki, bu barədə məlumatı İrəvanın “Politik.am” saytı yayıb.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib. O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

1990-cı ilin yanvarın 20-də Bakıdakı faciəli Qara Yanvar barədə Paşinyan yazıb: "Bakıda həlak olanların, küçələrdə qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm. Yanvarın 20-də Bakıdakı qurbanların xatirəsini bir anlıq sükutla yad etdim"...




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar