Bizi bu torpaqlara qaytaran həm də bu inamımız, imanımız oldu!

24 Noyabr 2020 13:52    359 Baxış   
Bizi bu torpaqlara qaytaran həm də bu inamımız, imanımız oldu!

Bax, belə! İşğaldan azad olunmuş Ağdam məscidində Prezident İlham Əliyevdən və Xanımından milyonların qəlbini fəth edəcək gözəl bir foto və tarixi bir ifadə!

Kim nə deyir desin, bu xalqın əksəriyyətinin öz Rəhbərində görmək istədiyi həm də məhz budur – ondan daha qüdrətli, hər şeyi görən, hər şeyi bilən və hər şeyə gücü yetən bir Varlığın – Allahın mövcudluğunu qəbul etməsini öz xalqına, bax, bu sayaq nümayiş etdirməsi!

Bəli, bir Rəhbərin, bir Dövlət Başçısının, bir Prezidentin inanc sahibi olması – tək olan Allaha və onun Kitabına – “Qurani-Kərim”ə inamı çox mühüm keyfiyyətdir!

Çünki inanc sahibi olan, Allahı və Kitabını qəbul edən Rəhbər heç vaxt ədalətsiz və rəhimsiz olmaz, haqqı nahaqqa verməz, Allahdan başqa heç bir gücə boyun əyməz və mütləq Allahın hüzurunda duracağı Günü də unutmaz!

İnanc sahibi olmaq, Allahı başının üstündə görmək isə öz xalqına qarşı ədalətli və mərhəmətli, düşmənə qarşı isə qətiyyətli və ləyaqətli olmaq deməkdir!

Çox şadam ki, 44 günlük savaşda Prezident Əliyev həm də bunu xalqa və ona təzyiq edən güclərə nümayiş etdirdi!

Baxın, Prezident İlham Əliyevin Ağdam Məscidindəki çıxışına, görün, nə deyir: “Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.”

Bəli, bizi bu torpaqlara qaytaran həm də bu inamımız, imanımız oldu!

Elxan Şükürlü

Bizi bu torpaqlara qaytaran həm də bu inamımız, imanımız oldu!


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar