Bu gün Aşuradır - ONUNCU VİDEO

30 Avqust 2020 11:00    11717 Baxış   
Bu gün Aşuradır -  ONUNCU VİDEO
Bu gün Məhərrəm ayının onuncu günü - Aşura qeyd olunur. Bildiyimiz kimi, ötən illərdən fərqli olaraq bu il Məhərrəm ayında insanların məscidlərdə yığışması qadağan olundu.

Dominant.az bu qadağanı nəzərə alaraq, yeni layihəyə başlayıb.

Belə ki, məscidlər bağlıdırsa, məscidlərə getməyinizə icazə verilmirsə, biz də məscidləri sizin evinizə gətirərik. Məhərrəm ayında insanlar məscidlərə adətən möizələr, mərsiyyələr dinləmək, bu ayın fəzilətləri barədə məlumatlanmaq üçün gedirlər. Bu məqsədlə də biz Təzə Pir məscidinin axundu Hacı Mircəfər Əyyubovla gerçəkləşdirdiyimiz bu layihədə sizə hər gün bir moizə təqdim edəcəyik.

Layihə çərçivəsində bu gün Kərbəla hadisələrinin tarixindən bəhs edən onuncu videonu təqdim edirik. İzlədikdən sonra videonu paylaşmağı unutmayın!

Qeyd edək ki, bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Məhərrəmlik dövründə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə təşkil olunan qanvermə aksiyasına qoşulmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında qan verə bilərlər.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar