“Sevərkən insan olanlar öldükdən sonra Tanrıya çevrildilər” - VİDEO

06 Fevral 2021 13:31    11505 Baxış   
“Sevərkən insan olanlar öldükdən sonra Tanrıya çevrildilər” -  VİDEO

Xəyalları yaşından böyük olan hissədən, Şərqin tam ortasından vurdular. Buğda tarlasının saralmamış mövsümündə, günəşin vecsiz şüaları altında öldürdülər. Burada sevəni öldürüb, heykəlləşdirdilər. Sevərkən insan olanlar öldükdən sonra Tanrıya çevrildilər. Hər biri ölüb, Osiris tanrısı kimi yenidən doğuldu.

Burada kəfənlərin rəngi əlvandı. Arzuların, xəyalların rəngində, son insan öpüşünün həsrəti rəngində. Məzarlıqdan sınıxmış qəlblərin ədalətsizlik ritmində səsi eşidilir. Hər gecə qırıntıların içindən yeni bir tanrı doğulur. Duat”larda xorla ölümsüzlük marşı səslənir.
Tanrılar buğda əkir, çörək bişirir, çaxır düzəldir, şəhərlər salır. Buğdası vəfa qoxan, bir kəsiklik çörəyinin hörməti olan, çaxırı adamları birləşdirən şəhər salırlar. Günəşi qayğıyla saçan, ayı nəvazişlə yanan dünya yaradırlar.

Tabut içində Nil çayının buruqlarında üzən sevən adam, ölü adam, ölümə tərk edilmiş adam, sənə Duat”dan yazıram. Yazıram ki, öləcəyini hiss edirsən amma ölməyəcəksən. Sınıxmışlıq səsini unudacaqsan. Yıxıq dünyanın yasından çıxıb, yeni dünya quracaqsan. Sən tanrı olacaqsan. Qatilinə ölümündən həyat bağışlayan Tanrı, sevgisindən susuzluğunu söndürən və öpüşü ilə də öldürən tanrı olacaqsan. Sən ya ədalət, ya vicdan, ya sevgi ya da Karma tanrısı olacaqsan. Sənə bütün tanrıların adından yazıram, şərqin tam ortasından və saralmış buğdaların mövsümündən yazıram, burada şəninə günəş eşqlə doğacaq!



Mətnin müəllifi: Yaşar Shekari
Səsləndirdi: Röya İsrafil


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar