Hər vaqon yaşanmışlardan bir parçadır - VİDEO

24 Fevral 2021 16:02    11787 Baxış   
Hər vaqon yaşanmışlardan bir parçadır -  VİDEO

Hansı vaqonda olursan ol bu, qatarın yönünü dəyişdirməyəcək. Hər vaqon yaşanmışlardan bir parçadır.

Dayanacağa çatmaqda olan qatar kimi biz də hər yeni ümidə, xoşbəxtliyə yaxınlaşanda fit çalmışdıq. Və hər yeni tərpənişdən sonra anlamışdıq izdihamlı dayanacaqlardan insansız vaqonların yola düşdüyünü. Sonra sərnişin daşıma qatarımızı yük daşıma qatarına çevirdik. Vaqon-vaqon tənhalıq daşıdıq, dayanacaqdakıların boşluğunu daşıdıq. Gah yazılmamış nisgil qoxan məktublar, gah doğulub, başa çata bilməmiş arzular daşıdıq.


Qatarımız daha fit çalmadı. Çünki hər şey o fitdən sonra başlayırdı. Nə qədər əzab varsa, yüklənirdi vaqonlara. Kömürümüz belə yanıb, ağ tüstüyə çıxarkən biz hələ də o məşhur "ağ günü" görə bilmirdik.

Yanından ötüb keçdiyimiz elektrik dirəkləri qədər vəfalı dayana bilmədik. Biz gedərdik, gedənlərin yükünü daşıyardıq, amma dirəklər dimdik baxardı bizə.

Fərqi yoxdur hansı vaqonda olurdunsa ol dirəklər insanlardan vəfalıydı...



Mətnin müəllifi: Yaşar Shekari
Səsləndirmə: Kübra Mirhüseyni
Video: Siyamək Cavid
Musiqi: Natiq Ritm Qrupu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar