Çiyinlərində tabut məzara gedən ana...

30 Noyabr 2020 11:06    737 Baxış   
Çiyinlərində tabut məzara gedən ana...

Dominant.az yazar Mərahim Nəsibin şəhid analarına həsr etdiyi şeiri təqdim edir:

Kədərin adını da, dadını da bilirsən,
Min əzab, əziyyətlə şəhid böyüdən ana!
Kipriyindən süzülüb ürəyinə qan damır,
Çiyinlərində tabut məzara gedən ana!

Torpağa tapşırırsan yetişməmiş çiçəyi,
Bu çiçəyin üstündə hamı dolansın deyə!
Amma yeni çiçəklər, yeni güllər yetişər,
Gedənlərin yerində şəhid dayansın deyə!

Bəlkə taparam deyə, həqiqətin sirrini,
Şəhidlərin ruhuna oxudum fatihə də.
Amma saçın yolanda bir şəhidin anası,
Mən inana bilmədim həqiqətə, sülhə də.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar