COVID-ə yoluxanların sayı azalıb

21 Sentyabr 2021 19:27    310 Baxış   
COVID-ə yoluxanların sayı azalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1594 yeni yoluxma faktı qeydə alınıb, 2543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan dominant.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 475053 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 439080 nəfər müalicə olunaraq sağalıb, 6353 nəfər vəfat edib, aktiv xəstə sayı 29620 nəfərdir.

Ölkədə son sutka ərzində 13583, hazırkı dövrədək isə 4764847 test aparılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar