Erməni təcavüzü nəticəsində 50 məktəbə ciddi ziyan dəyib

03 Noyabr 2020 16:35    417 Baxış   
Erməni təcavüzü nəticəsində 50 məktəbə ciddi ziyan dəyib

Təhsil Nazirliyi 27 sentyabr-2 noyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.


Dominant.az-a nazirlikdən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.


Ümumilikdə dağıntılara məruz qalan ümumtəhsil müəssisələrindən 14-ü Ağdam, 14-ü Tərtər, 8-i Gəncə, 5-i Füzuli, 3-ü Kəlbəcər, 3-ü Goranboy, 1-i Bərdə, 1-i Ağcabədi, 1-i Goranboy məktəbləridir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar