Ermənilərlə danışıqlar bitdi?

10 Martt 2023 23:09    2896 Baxış   
Ermənilərlə danışıqlar bitdi?

Rusiya primitiv olaraq düşünür ki, Azərbaycan Şuşa da daxil ərazilərini işğaldan azad edib, Xankəndi və ətrafını sonra da nəzarətlərinə qaytara bilərlər, hətta 10 il sonra...
Xocalıda Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında olan ilk görüşdən sonra Xəlifəli yolunda baş verən hadisə bu təmasları yenidən qeyri-müyyən müddətə təxirə saldı. Ortada onsuzda ciddi irəliləyiş yox idi, rusiyalı sülməramlı general Volkovun ortada oturduğu sıradan görüş idi.

Görüşdən sonra da xeyli çatlaq səslər vardı: xüsusən Xankəndidəki separatçı rejimin təmsilçiləri narahat olmuşdular, “Azərbaycanla birgəyaşayış mümkün deyil” deyə, bəyanat da vermişdilər. İddia edirdilər ki, bu təmas yalnız Laçın yolundakı vəziyyət, enerji təhcizatı və s. kimi “humanitar problemləri” həll etmək üçün idi.

General Volkovun separatçı rejim təmsilçilərini “artsax respublikası” kimi təqdim etdiyini də xüsusi bəyanatla açıqlamışdılar, amma bunu yazsaq da, görüşdə iştirak edən Bakı təmsilçilərdən reaksiya olmadı. Yəni bilinmədi, Volkov belə bir özbaşınalıq edibmi, yoxsa bu ermənilərin yalanıdır... İndi bunun yəqin ki, elə də ciddi əhəmiyyəti qalmayıb, çünki bu danışıqlar, təmaslar, nə bilim tanışlıq, adı nə olursa olsun, daha davam etmir. Erməni düşmənçiliyinin bir və ya bir neçə görüşlə keçmişdə qalacağını heç kim gözləmir. Üstəlik, əvvəldən də bəllidir ki, bu millətin xarakteri, genetik kodları 100 ildir bizə düşmənçilik üzərində qurulub, əslində heç düzələnə oxşamır da. Tarixən içimizdə “fitili çəkilməyə hazır bomba” kimi yerləşdiriblər, elə də qalırlar. Avropa Birliyi və digər qurumlar bu təmasları dəstəkləyirlər, nəyəsə ümid edirlər. Amma ya bu milləti tanımırlar, ya tarixi oxumayıblar, ya da yalan olanları bilirlər. Onlara elə gəlir ki, bu millət məsələn, Amerikadakı, Fransandakı kimi yanaşı yaşamaq mümkündürsə, niyə Qarabağda da olmasın? Əslində, bu toplum Qarabağda olmasaydı, Ermənistanla sərhədi müəyyənləşdirib qonşu kimi rahat yaşamaq da olardı. Fəqət, bunlar gəlib bizim torpağa yerləşiblər, ərazilərimizi işğal ediblər, son müharibədən sonra da Qarabağda yaşamaqda davam edirlər. Yalan-gerçək xəbər yayıblar ki, “Laçın blokadası”ndan bəri Qarabağda 338 uşaq dünyaya gəlib. Yəni doğub-törəyirlər, artırlar həm də...



Bütün dünya əlbəttə ki, bu əraziləri Azərbaycanın qanuni torpaqları sayır. Amma bir ovuc millət hələ də “müstəqillikdən” dəm vurur, Azərbaycana tabe olmaq istəmirlər. Bu separatizm Avropanın mərkəzində-İspaniya Kataloniyasında baş verəndə nə olduğunu gördük. Bizə gələndə isə separatizm olmur, “millətin öz müqəddaratını təyin etmək hüququ” yada düşür. Bunları o qədər yazmışıq ki, adam daha ürpənir, amma bu problem həll edilmir, uzandıqca-uzanır...

Ermənilərin əl-qolu daha əvvəlki kimi uzun deyil, Azərbaycanın digər ərazilərinin ətrafında sıxılıb qalıblar. Başqa millət olsaydı, başlarına gələn 44 günlük müsibətdən sonra “bir qəsəbə əhaliyik, köçüb gedək” deyərdilər. Bunlar isə getmirlər, hələ doğurlar...Bu sırtıqlıq, qanmazlıq deyil, bizə acıq, dinclik verməməkdən qaynaqlanan düşmənçiliyin davamıdır...

Rusiya bu məsələdə əsas və həlledici rolunu saxlayır. Rusiyaya bu təmaslar, danışıqlar yalnız görüntü üçün lazımdır. Laçın yolunda Azərbaycanın nəzarət postu qurmasına israrla dirəniş göstərirlər, 10 noyabr(2020) sənədinə istinad edirlər. Halbuki bu sənədlə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyən təkcə Ermənistan deyil, həm də Rusiyadır. Rusiya primitiv olaraq düşünür ki, Azərbaycan Şuşa da daxil ərazilərini işğaldan azad edib, Xankəndi və ətrafını sonra da nəzarətlərinə qaytara bilərlər. “Sonra”nın yaxın müddəti isə olmur. “Sonra” 1 il də ola bilər,10 il də...

Rusiya ənənəvi olaraq qarışdığı heç bir problemi təməlli həll etmir. Baxın, Ukraynada 1 ildir döyüşür, orda da deyir ki, Donbası alım, sonrasına baxarıq...Qarabağda da fərqli siyasət deyil. Rusiya bilir ki, Laçın yolunda post qurularsa, ermənilər oradan tezliklə qaçacaqlar. Erməni Qarabağdan qaçarsa, rusiyalı sülhməramlıya orada ehtiyac olmayacaq. Danışıqların perspektivinə gəlincə, Vardanyan oyunu da göstərdi ki, Moskva ermənilərin Bakıya tabeçilik göstərməsini istəmirlər.



Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azatutyun” radiostansiyasına son müsahibəsində iddia edib ki, Bakının Qarabağ ermənilərinin inteqrasiyası məsələsində israrı səbəbindən danışıqları irəli aparmaq çətin olacaq. Qriqonyanın deməyinə görə, danışıqların “təhlükəsizlik və ermənilərin hüquqlarını müzakirə etmək çərçivəsində qalması lazımdır”. Ermənistan bizə öz ağlınca ayar verir, yol göstərir ki, erməniləri inteqrasiya ilə yormaq, qorxutmaq lazım deyil. Yaxşı, bunu da sonraya saxladıq, bəs, Bakıya tabe olmayan ermənilərə biz necə “təhlükəsizlik qarantiyası”verə bilərik ki? Təhlükəsizlik qarantiyası o zaman mümkündür ki, Bakının tələblərinə əməl edəsən. Ermənilər Qarabağda özbaşına yaşamaq istəyirlərsə, o zaman təhlükəzilik qarantiyası necə ola bilər?

Belə bir absurd vəziyyətdən sonra nə olacaq? (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar