Əsgər şeiri:"Hər addım düşmənə məzar qazırıq"

27 Oktyabr 2020 21:27    1153 Baxış   
Əsgər şeiri: "Hər addım düşmənə məzar qazırıq"

"Bu gün görüşdüyüm yaralı hərbçilərdən biri ayağına dəmir millər taxılsa da şən və gülərüz rəftarı ilə ağrılarını gizlədirdi. 2-ci Qarabağ müharibəsinin ilk günlərində, səngərdə yazdığı şeirini mənə oxudu. Söz verdim ki, şeirini geniş oxuçu dairəsinə çıxaracağam".

Dominant.az xəbər verir ki, bunu tanınmış naşir Şahbaz Xuduoğlu bildirib.

Yaralı hərbçimiz Elfaq Musaya mənəvi dəstək olaraq, Ş.Xuduoğluna oxuduğu şeirini təqdim edirik. Həmçinin həm ona, həm də torpaqlarımızın bütövlüyü uğrunda yaralanmış bütün hərbçilərimizə Allahdan şəfa diləyirik!

Bu millət bu zülmə dur dedi sonda
Oyandı illərdir yatmış canavar
Göstərdi dünyaya Vətən yolunda,
Mübariz olmağa 10 milyonu var!

Tarixə böyük bir zəfər yazırıq,
Zalımın zülmüyük, haqdır yolumuz.
Hər addım düşmənə məzar qazırıq,
Nə xoşdur halımız, pakdır yolumuz!

İllərin həsrəti qəlblər dağlayıb,
Gör neçə gözləri ağlar qoyubdu.
O həsrət bax bu gün coşub-çağlayıb,
Düşməndə nə taqət, nə hal qoyubdu!

Bəzən 5 nəfərdən ibarət bir ev
Bacarmır 1 ailə olmağı heç vaxt.
Amma, bax 10 milyon olan xalqıma
1 yumruq olubdu, əzilməz heç vaxt!

ELFAQ MUSA


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar