Dominant.az Ərşad Əzimzadənin yeni şeirini təqdim edir:
Gör nə vaxtdı erməni torpağımı alıbdı,
Şeyda bülbül Qarabağ əsirlikdə qalıbdı!
Haydı, cəngi çalınsın!
Şuşa geri alınsın!
Torpaq   qanlı yaş tökür, göz yaşını silmirik,
Daşıb  səbir kasamız, daha dözə bilmirik,
Haydı, cəngi çalınsın!
Ağdam bütöv alınsın!
Korlayır hay nəfəsi Laçının saf havasın,
Topçu qardaş, nişan al, dağıt şeytan yuvasın!
Haydı, cəngi çalınsın!
Mərd Laçınım alınsın!
ATƏT də, BMT də oyuncaqdı əllərdə,
Onların fitvasıyla talan  gedir ellərdə.
Haydı, cəngi çalınsın,
Fizulimiz alınsın!
“Komprimis” deyə-deyə baş altda yastıq qoyur,
Xalqları tutaşdırıb, Moskva  sərvət soyur.
Haydı, cəngi çalınsın,
Cəbrailim alınsın!
Zəngilanda Xan Çinar yolumuzu gözləyir,
Boynuna sarılacaq qolumuzu gözləyir.
Haydı, cəngi çalınsın,
Zəngilanım alınsın!..
Ədalət gözləmə sən iblissifət Sarıdan,
Dəyənəksiz çıxarmı murdar donuz darıdan?!!
Haydı, cəngi çalınsın,
Qubadlımız alınsın!..
Şanlı ordum göstərsin yağılara hünəri,
Haqsızlığa son qoysun Azərbaycan əskəri !
Haydı, cəngi çalınsın,
Kəlbəcərim alınsın!
Qanad qanada verib, Şahinlər göyə qalxsın,
Xocalını yandıran hayı  yandırıb-yaxsın.
Haydi, cəngi çalınsın,
Xocalımız   alınsın!..
Cənab Ali Komandan, əmr et cəngi çalınsın,
İnildəyən torpaqlar işğalçıdan alınsın.
Bayrağımız sancılsın Xankəndi sarayında,
Cavanlar yallı getsin Cənginin harayında. 
Ərşad Əzimzadə,
Zəngilan sakini. 
31 07..2020