Hərbçilərin ailə üzvləri pulsuz müayinə olunacaq - Əsgərə dəstək aksiyası

28 Sentyabr 2020 13:34    465 Baxış   
Hərbçilərin ailə üzvləri pulsuz müayinə olunacaq -  Əsgərə dəstək aksiyası
“MediPlus” klinikası hərbi xidmətdə olan zabit və əsgərlərin ailə üzvlərinə pulsuz xidmət göstərəcək. Bununla bağlı xəbər klinikanın sosial şəbəkələrdəki hesabında yazılıb. Bildirilib ki, torpaqlarımızın azad olunması uğurunda aparılan genişmiqyaslı hərbi əməliyyatlara klinika bu şəkildə dəstək olmaq istəyir.

Klinikanın direktoru Rövşən İsmayılov Dominant.az-a açıqlamasında bildirib ki, tibb müəssisəsinin qapıları bu gündən hərbçilərin ailə üzvlərinə açıqdır: “Canlarını dövlətimiz üçün, bizim üçün qurban verən şəxslərin ailə üzvləri elə öz ailə üzvlərimizdi və onların sağlamlığı bizim üçün çox vacib məsələdi. Ona görə də qərara gəldik ki, hərbçilərin müayinə olunmaq istəyən və ya səhhətində hər-hansı problemi olan ailə üzvlərinə pulsuz xidmət göstərək. Onlar klinikamızın müasir standartlara uyğun laboratoriyasından, müayinə aparatlarından, həkimlərimizin müayinəsindən ödənişsiz istifadə edə bilərlər.

Cənab Prezidentin böyük iradə nümayiş etdirərək başladığı haqq savaşında iştirak edən hər bir şəxsə və onların ailə üzvlərinə xidmət etmək bizim borcumuzdur”.

Klinikanın ünvanı və əlaqə nömrələri:
Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.

055 252 45 94;
012 434 59 36
Hərbçilərin ailə üzvləri pulsuz müayinə olunacaq -  Əsgərə dəstək aksiyası


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar