“İnsanlar pandemiyanın bitməsini düşünməsin" - Nazirlik

15 İyul 2021 16:05    926 Baxış   
“İnsanlar pandemiyanın bitməsini düşünməsin" -  Nazirlik

“İnsanlar pandemiyanın bitməsini düşünməsin. Yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlıyıcı tədbirlər nəticəsində əldə etmişik”.

Dominant.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır:

“Belə olan halda sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar