İntiharı ilə Atatürkü ağladan komandir - FOTO

30 Avqust 2022 10:47    1888 Baxış   
İntiharı ilə Atatürkü ağladan komandir -  FOTO

Bu gün Türkiyənin Zəfər bayramıdır. Bu əlamətdar hadisənin 100-cü ildönümü qeyd ediləcək. Şanlı Türk ordusunun və xalqının yazdığı dastanlıq hekayəsi olan bu hadisə həm də Türkiyə Cümhuriyyətinin yaranması ilə nəticələnib. Təbii ki, Böyük hücum (Büyük taaruz) adlanan bu azadlıq müharibəsi bir çox nümunəvi hadisə və qəhrəmanlıq dastanları ilə yadda qalıb. Lakin bu müharibədə özünəməxsus yeri olan Polkovnik (Albay) Rəşad Çiğiltəpənin yeri tamam başqadır.

Belə ki, Polkovnik Rəşada Baş Komandan Mustafa Kamal Atatürk tərəfindən Çiğiltəpə yüksəkliyinin geri alınması əmr edilir. Polkovnik Rəşad yüksəkliyi yarım saat ərzində alacağı ilə bağlı Atatürkə söz verir. Lakin vəzifəni söz verdiyi müddət ərzində yerinə yetirə bilmir. Məhz bu utancaqlıq səbəbindən Polkovnik Rəşad öz silahı ilə özünü öldürür. Onun intihar etməsindən yarım saat sonra isə sözügedən yüksəklik Türk ordusu tərəfindən azad edilir. Polkovnik Rəşad Çiğiltəpənin cansız bədəninin yanında yer alan qeydlər isə onu əbədi olaraq Türk tarixinin şanlı səhifələrinə həkk edir: "Verdiyim sözə əməl etmədiyim üçün yaşaya bilmərəm".

Mustafa Kamal Atatürk ölümündən sonra onu İstiqlal ordeni ilə təltif edir və ailəsinə sözügedən yüksəkliyin şərəfinə Çiğiltəpə soyadı verilir.



Təbii ki, bu hadisə Türk əsgərinin, komandirinin verdiyi sözə, şərəfə və ləyaqətə nə qədər mühüm əhəmiyyət verdiyinin nümunəvi sübutu, bariz nümunəsidir. Türk milləti məhz bu amalla özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətlə mübarizə aparıb, dünya tarixində özünəməxsus, şanlı və şərəfli yer tutub.

100‐cü Zəfər bayramın mübarək, Türkiyə!

Mərahim Nəsib



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar