Sumqayıtda 4 min manatlıq qızıl oğurlandı- saxlanılan var

16:26    18 Baxış   
Sumqayıtda 4 min manatlıq qızıl oğurlandı - saxlanılan var

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Dominant.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar