ABŞ-İran memorandumu imzalanıb.
Dominant.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə görə, Hörmüz boğazı iyunun 19-da tam şəkildə açılacaq.
Tramp memorandumun imzalanmasından məmnun olduğunu bildirib: "İranla razılaşmadan çox məmnunam, çünki Hörmüz boğazının cümə günü tam açılması gözlənilir".
O qeyd edib ki, özünün memorandumun imzalanmasında iştirak etməsi ehtimalı azdır, lakin ABŞ vitse-prezidenti Cey Di Vensin mərasimdə iştirak edəcəyini qeyd edib: "O vaxta qədər, yəqin ki, artıq gedəcəyəm. Amma Vens artıq buna hazırlaşır".
"Axios" və "Reuters" bəyan edib ki, İranla razılaşmanı ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.