Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimlinin iş görən zaman ayağı əzilib .
Dominant.az-ın əldə etdiyi məlumata görə, o, İsmayıllı rayonundakı evinin həyətindəki çardaqda iş görən zaman yıxılaraq ayağı sınıb.
Hazırda sabiq deputat İsmayıllıdakı evində ayağından müalicə olunur.
Qeyd edək ki, Tahir Kərimli 1956-cı ilin martın 5-də Ağsu rayonunda dünyaya gəlib. O, Milli Məclisi V və VI çağırış deputatı olub.
Tuncay Nəbiyev