Karyerasını bu ölkədə davam etdirə bilər

13:21    24 Baxış   
Karyerasını bu ölkədə davam etdirə bilər

“Kayzerslautern”in hücumçusu Mahir Emreli karyerasını Kiprdə davam etdirə bilər.

Dominant.az xəbər verir ki, APOEL Azərbaycan millisinin üzvünün transferi üçün Almaniya klubuna rəsmi müraciət edib.

Nikosiya təmsilçisi 28 yaşlı futbolçunun keçidini yay transfer pəncərəsi zamanı həll etmək niyyətindədir.

Mənbənin məlumatına görə, Mahir “Kayzerslautern”də kifayət qədər oyun şansı qazanmadığı üçün komandadan ayrılmağa müsbət yanaşır. APOEL isə hücumçunu transfer siyahısındakı əsas namizədlərdən biri hesab edir.

Almaniyanın “Der Betze brennt” nəşri də Kipr klubunun Mahir üçün təklif göndərdiyini yazıb./Sportinfo.az/


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar