Məhbəsdə azadlıq yaradan kişi...

14 Sentyabr 2020 23:40    1041 Baxış   
Məhbəsdə azadlıq yaradan kişi...
Dominant.az yazar-jurnalist Əcəmi Əsədullanın 13 gündür aclıq edən, "Müsavat" fəalı Tofiq Yaqubluya həsr etdiyi şeiri təqdim edir:

Saçlar ağardıqca
günlər qaralır.
Gözündən oxunur
həyat təşvişi.
Zindanda bizlərik,
sən azadlıqda,
Məhbəsdə azadlıq
yaradan kişi.

Baxma məzlum-məzlum
vətənim kimi,
Dəmir barmaqlıqlar
üzünü bölür.
Alnına yazılıb
"azadlıq" sözü,
Dəmir parçaları
o sözü bölür.

Düşmənlə savaşıb
bizə uduzdun.
Aclıqdan unutdun
azadlıq dadın.
Bir əsr yaşayan
əsir ölkəmin,
Yesir övladısan,
Əsir övladı...


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar